İlia Darçiaşvili - Gürcüstan hökuməti gələcəkdə də öz strateji tərəfdaşı ilə açıq, səmimi müzakirələrə hazır olmağa davam edəcək, dialoqun alternativi yoxdur
İlia Darçiaşvili - Gürcüstan hökuməti gələcəkdə də öz strateji tərəfdaşı ilə açıq, səmimi müzakirələrə hazır olmağa davam edəcək, dialoqun alternativi yoxdur

Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Gürcüstanın baş naziri İrakli Kobaxidzenin Co Bayden tərəfindən təşkil olunmuş qəbula dəvətinin ABŞ tərəfindən ləğv edilməsinin məyus edici adlandırır.

Onun dediyinə görə, Gürcüstan hakimiyyəti əvvəlki kimi, bu gün də, gələcəkdə də strateji tərəfdaşla açıq, səmimi müzakirənin olmasına həmişə hazır olmağa davam edəcək.

“ABŞ tərəfindən verilən qərar çox məyus edicidir. Gürcüstan hakimiyyəti əvvəlki kimi, bu gün də, gələcəkdə də strateji tərəfdaşla
ikitərəfli formatda mövcud olan məsələlərlə bağlı açıq, səmimi müzakirənin olmasına həmişə hazır olmağa davam edəcək. Biz həmişə açıq, səmimi, dürüst dialoq üçün hazır olduğumuzu ifadə edirdik və bu çox məyus edici qərara baxmayaraq, bu gün də eyni mövqeyi qoruyub saxlayırıq.

Biz hesab edirik ki, dialoqun, qarşılıqlı fikir mübadiləsinin alternativi yoxdur. Elə məsələlər var ki, ölkələrin fərqli baxışı var. Biz məhz bu istiqamətdə dialoqu, tərəfdaşlığı bilirik – açıq, dürüst dialoq olduğu zaman. Dialoq strateji tərəfdaşlar üçün münasibətlərin dərinləşməsi və inkişafı üzrə danışmaq üçün yeganə yoldur. Məyusam ki, Gürcüstanda bəzi media vasitəsi hələ də yalanları tirajlamaqla məşğuldur ki, bu da Gürcüstanın xarici siyasətinə çox ziyan vurur. Mən hər kəsi yalanların tirajından ölkəyə ziyan vurduğunu və jurnalistika standartlarına, qaydalarına uyğun hərəkət etməyə çağırmaq istəyirəm. Bu yalanlar bir günlük, iki günlükdür və sonda ölkənin maraqlarına ziyan gətirməkdən başqa heç bir təsiri yoxdur. Düşünürəm və əminəm ki, bu qərarı qəbul edən tərəfdaşların öz qərarlarına yenidən baxmaq üçün daha bir fürsəti var. Bildirmək istəyirəm ki, Gürcüstan hakimiyyəti dialoqa hazırdır və dialoq tərəfdaşlar arasında münasibətlərin yollarından biridir. Söhbətin alternativi yoxdur”, – Darçiaşvili bildirdi.