İlia Darçiaşvili - Gürcüstan digər tərəfdaş ölkələrlə birlikdə NATO sammitində iştirak edir, bu da mühüm faktdır və eləcə də Gürcüstanın alyansın güclü müttəfiqi olduğuna dair mesajdır
ABŞ-ın paytaxtında olduqca mühüm sammit keçirilir. Gürcüstanın digər tərəfdaş ölkələrlə birlikdə bu sammitdə iştirak etməsi çox vacib faktdır, bu da Gürcüstanın regionda alyansın çox güclü müttəfiqi olduğuna dair mesajdır- bu haqda Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.
Nazir, prosesin davam etməsinin vacib olduğunu, çünki Gürcüstanın bu münasibətləri illərdir qurduğunu bildirib.
“Biz Avropa və Avro-Atlantik inteqrasiyamızı ölkəmizin konstitusiya formasına çevirdik və Gürcüstanın olduqca aydın siyasi vektorlara malik olması faktı Gürcüstanın bu gün artıq Vaşinqtonda keçirilən bu ən mühüm sammitdə iştirak etməsi ilə sübut olunur. Sammitin gündəliyi doludur. Ukrayna birmənalı olaraq yenə də vacib mövzulardan biri olacaq. Çətin çağırışların öhdəsindən gəlməsi üçün bir daha dəstək nümayiş etdiriləcək. Bizim tərəfdaşlarımızla danışmaq imkanımız olacaq və fikrimcə, bu ən mühüm və çağırışlarla dolu dövrdə Gürcüstanın NATO-nun yubiley sammitində olması olduqca mühüm mesajdır. Bizim burada olmağımız artıq o deməkdir ki, Gürcüstanın Vaşinqtonda olması alyans baxımından önəmlidir. Çağırışlara gəlincə, o, bizim regionda heç yerə getməyib. Ölkəmizdə əmin-amanlıq və sabitlik olması üçün məhz bu çağırışların öhdəsindən gəlinməsində iştirak edirik”-nazir deyib.
Gürcüstanın Xarici İşlər Nazirliyinin rəhbəri bildirib ki, Gürcüstanın iki xarici prioriteti var, bu, Avropa və Avro-Atlantik inteqrasiyadır, bunun üçün hakimiyyət çox şey edib.
“Hakimiyyətimiz bunun üçün çox şey edib. Avropa və Avro-Atlantik inteqrasiya bizim üçün ən vacibidir. Demək istərdik ki, Gürcüstan çoxlu çağırışları olan kiçik bir ölkədir. Biz bir daha açıqlığımızı və ikitərəfli münasibətləri yenidən o səviyyəyə qaytarmağa və onları daha da dərinləşdirməyə hazır olduğumuzu qeyd edirik, çünki bu, ABŞ və Gürcüstana lazımdır. Bizim ikitərəfli əlaqələrimiz olduqca mühümdür. Fikrimcə, yaradılmış çox möhkəm təməl istənilən çağırışa tab gətirəcək” – Darçiaşvili açıqlayıb.