İlia Darçiaşvili - Gürcüstan BMT-nin İqlim Dəyişikliyi Konfransında həmişə yüksək səviyyədə təmsil olunur, əminəm ki, bu il də konkret nəzərəçarpacaq nəticələr olacaq
İlia Darçiaşvili - Gürcüstan BMT-nin İqlim Dəyişikliyi Konfransında həmişə yüksək səviyyədə təmsil olunur, əminəm ki, bu il də konkret nəzərəçarpacaq nəticələr olacaq

 

Gürcüstanın baş naziri İrakli Ğaribaşvilinin Misir Ərəb Respublikasına səfəri başlayıb, hökumət başçısı digər dünya liderləri ilə birlikdə BMT-nin İqlim Dəyişikliyi üzrə 27-ci Konfransında iştirak edəcək və o, bu gün dünyanın bu istiqamətdə üzləşdiyi bütün çağırışlar barədə müzakirə aparmaq imkanına malik olacaq-bu barədə Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili açıqlayıb.

O , baş nazirin sözügedən konfransda çıxış edəcəyini bildirib.

“Baş nazir sözügedən konfrans çərçivəsində çıxış edəcək, çıxışında bu istiqamətdə təsirli addımların atılması üçün ölkəmizin bütün planları və Gürcüstan prizmasından görünən bütün çağırışlar səsləndiriləcək. Əminəm ki, Gürcüstanın baş nazirinin səfəri konkret nəticələr verəcək. Ənənəvi olaraq qeyd etməliyəm ki, Gürcüstan BMT-nin İqlim Dəyişikliyi Konfransı çərçivəsində həmişə yüksək səviyyədə təmsil olunur və bu il də Gürcüstan nümayəndə heyətinin iştirakının konkret nəzərəçarpacaq nəticələr verəcəyinə əminəm”- deyə İlia Darçiaşvili bildirib.