İlia Darçiaşvili britaniyalı həmkarı ilə görüşüb
İlia Darçiaşvili britaniyalı həmkarı ilə görüşüb

 
Baş nazir İrakli Kobaxidzenin Birləşmiş Krallığa səfəri çərçivəsində Gürcüstanın xarici işlər naziri İlia Darçiaşvili Böyük Britaniyanın xarici işlər, ittifaq və inkişaf məsələləri üzrə dövlət katibi Devid Lam ilə tanışlıq məqsədli görüş keçirib.

İlia Darçiaşvili britaniyalı həmkarını bu vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Nazirlər iki ölkə arasında yaranmış sıx tərəfdaşlıq münasibətlərini, o cümlədən Uordrop Strateji Dialoqu çərçivəsində daha da möhkəmləndirməyə hazır olduqlarını bildiriblər.

İlia Darçiaşvili britaniyalı həmkarına Birləşmiş Krallıq tərəfindən Gürcüstanın suverenliyi və ərazi bütövlüyünə, eləcə də ölkənin Avropa və Avro-Atlantik istəklərinə verilən dəstəyə görə təşəkkür edib.

Görüşdə dünyada, eləcə də regionda cərəyan edən proseslərə toxunulub. Mövcud çağırışlar fonunda sülhün və sabitliyin təmin edilməsinin zəruriliyi xüsusilə qeyd edilib.

Nazirlər əməkdaşlığı möhkəmləndirmək məqsədilə ümumi prioritet istiqamətlər üzrə fəal işləmək barədə razılığa gəliblər.

Məlumatı Gürcüstanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.