İlham Əliyev – sentyabrın 13-də Ermənistan Azərbaycanla dövlət sərhədi bölgəsində genişmiqyaslı hərbi təxribat törədib

18:45, 16.09.2022

 

Azərbaycan prezidenti İlham Əliyev Ermənistanı sərhəd zonasında təxribat törətməkdə ittiham edib. “Şanxay Əməkdaşlıq Təşkilatı” sammitində Əliyev bildirib ki, Azərbaycan Ermənistana sülh sazişi təqdim edib, lakin Yerevan bu hərəkətə hərbi təxribatlarla cavab verib.

Azərbaycan prezidenti həmçinin qeyd edib ki, bəzi aparıcı beynəlxalq təşkilatların fəaliyyətinin səmərəsiz olması narahatlıq doğurur. Azərbaycan prezidenti sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

“Azərbaycan Ermənistana suverenlik və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsinin beş əsas prinsipini təqdim edib. Biz indi ilkin şərtlər və süni gecikmələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. Təəssüf ki, bu il sentyabrın 13-də Ermənistan Azərbaycanın dövlət sərhədi bölgəsində genişmiqyaslı hərbi təxribat törədib. Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə aldı. Bu təxribat iki ölkə arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir. Bunun üçün bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür” – deyə İlham Əliyev bildirib.

Oxşar