İlham Əliyev - Ermənistan müstəqillik tarixində ilk dəfə olaraq tranzit ölkəyə çevriləcək
Ermənistan tranzit ölkəyə çevriləcək, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev bildirib.
Əliyevin sözlərinə görə, Ermənistanla sülh əldə edildikdən sonra, ölkələr arasında Orta Dəhlizin yeni qollarını yaratmaq üçün sıx əməkdaşlıq mövcuddur.
“Bu marşrut Ermənistan ərazisindən keçəcək və Ermənistan müstəqillik tarixində ilk dəfə tranzit ölkəyə çevriləcək. Hazırda belə bir statusa malik deyil. Bu layihə Azərbaycanın iki hissəsini – əsas ərazini və Naxçıvan Muxtar Respublikasını fasiləsiz nəqliyyat, enerji, fiber-optik kabel, elektrik xətləri və ehtimal ki, boru kəmərləri ilə birləşdirməyə imkan verəcək. Bu, hər kəs üçün qarşılıqlı faydalı bir vəziyyət yaradacaq, çünki Azərbaycanın hər iki hissəsi nəqliyyat infrastrukturu ilə birləşdiriləcək və yeni nəqliyyat dəhlizi bir çox ölkə üçün əlavə imkanlar yaradacaq”, – deyə İlham Əliyev bildirib.