İlham Əliyev - Azərbaycan Avropa İttifaqına üzvlüyü planlaşdırmır, bizi orada gözləmirlər və namizədlər siyahısında da yoxuq
Azərbaycan Avropa İttifaqına üzvlüyü planlaşdırmır, bizi orada gözləmirlər və namizədlər siyahısında da yoxuq, – bu barədə Azərbaycan prezidenti İlham Əliyev “Rasiya24” rus teleşirkəti ilə müsahibəsində bəyan etdi.
İlham Əliyevin dediyinə görə, “Şərq Partnyorluğu” layihəsinə birləşən, keçmiş SSRİ-nin bəzi ölkələrindən fərqli olaraq Azərbaycan assosiasiya haqqında razılaşmanı imzalamayıb. Azərbaycan prezidentinin bildirdiyinə görə, həmin razılaşmanı sonuna qədər oxudu və Azərbaycan üçün hansısa praktiki fayda görə bilmədi.
Əliyev assosiasiya müqaviləsinin mətnini instruksiya ilə müqayisə etdi.