İlham Əliyev – Qazaxıstanda baş vermiş təyyarə qəzasının səbəbləri barədə danışmaq hələ tezdir, tam araşdırılması lazımdır

22:07, 25.12.2024

Azərbaycan Prezidenti İlham Əliyev bildirir ki, Qazaxıstanda baş vermiş təyyarə qəzasının səbəbləri barədə danışmaq hələ tezdir, tam istintaq lazımdır, hadisənin hərtərəfli araşdırılması lazımıdır. Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə bağlı keçirilən müşavirədə bildirib.

“Mənə verilən məlumata əsasən, Bakı-Qroznı marşrutu ilə uçan “Azərbaycan Hava Yolları”nın təyyarəsi hava şəraitinin pisləşməsi ilə əlaqədar istiqamətini dəyişərək Aktau hava limanına yollanıb, eniş zamanı qəza baş verib. Təyyarə qəzası anları mediada və sosial şəbəkələrdə yayılır. Beləliklə, hər kəs baxa bilər. Ancaq bizim üçün qəzanın səbəbləri məlum deyil. Müxtəlif versiyalar var. Düşünürəm ki, bu barədə danışmaq hələ tezdir. Məsələ tam araşdırılmalıdır. Baş Prokurorluq cinayət işi başladıb və təbii ki, komissiyanın işinin nəticələri və cinayət işinin gedişi barədə Azərbaycan cəmiyyəti mütəmadi olaraq məlumatlandırılacaq”, – Əliyev bildirib.

Xatırladaq ki, bu gün Bakıdan Qroznıya uçan və istiqamətini dəyişən “Azərbaycan Hava Yolları”nın sərnişin təyyarəsi Aktau hava limanının 3 kilometrində qəzaya uğrayıb. Göyərtədə 62 sərnişin və beş ekipaj üzvü olub.

Oxşar