İlham Əliyev - Qarabağda azad olunmuş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır
İlham Əliyev - Qarabağda azad olunmuş ərazilərdə 50 mindən çox insan yaşayır, işləyir və təhsil alır

Qarabağda azad olunmuş ərazilərdə hazırda 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır, – bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qarabağ bölgəsinin Xankəndi şəhərində keçirilən “İqtisadi Əməkdaşlıq Təşkilatı”nın sammitində bildirib.

Ermənistan Azərbaycan ərazilərində bir milyondan çox mina basdırıb və müharibədən indiyədək baş verən mina partlayışları nəticəsində təxminən 400 Azərbaycan vətəndaşı həlak olub və ya ağır yaralanıb.

Azərbaycan prezidentinin söylədiyinə görə, Qarabağda “Böyük Qayıdış” proqramı həyata keçirilir.

“Bu günə qədər biz keçmiş məcburi köçkün şəxslərin 16 şəhər və kəndə qayıdışını təmin etdik. Hazırda azad olunmuş ərazilərdə 50 mindən çox insan yaşayır, çalışır və təhsil alır. İşğaldan azad olunmuş Qarabağda və Şərqi Zəngəzurda miqyaslı tikinti və bərpa işləri aparılır. Biz dəfələrlə Ermənistana və onu dəstəkləyən dövlətlərə bildirmişik ki, əgər Ermənistan könüllü olaraq işğal etdiyi ərazilərimizi tərk etməsə, biz ölkəmizin ərazi bütövlüyünü hərbi yolla bərpa edəcəyik. Təəssüf ki, Ermənistan və onun himayədarları bu xəbərdarlığımızı ciddiyə almadılar və sonda peşman oldular”, – İlham Əliyev qeyd edib.