İlham Əliyev – Qarabağ münaqişəsi iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə praktiki olaraq müzakirə ediləsi heç bir məsələ qalmayıb, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması üçün hərəkətə keçməyin vaxtı yetişib
İki il əvvəl imzalanan üçtərəfli bəyannamə uzun müddətdir davam edən münaqişəyə son qoydu. Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasından danışmağın vaxtı çatıb və biz bu istiqamətdə sizin rolunuzu yüksək qiymətləndiririk – bu barədə Azərbaycan prezidenti İlham Əliyev Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşündə Qarabağ münaqişəsindən danışarkən bildirib.
Əliyev insan hüquqlarının fundamental prinsipləri əsasında münasibətləri normallaşdırmağın mümkün olduğunu bildirib.
“Bugünkü görüş bizim regional məsələlərə həsr olunub. Qarabağ münaqişəsinin həllində oynadığınız rola görə bir daha sizə təşəkkür etmək istəyirəm. İki il əvvəl çoxillik münaqişəyə son qoyan üçtərəfli bəyannamə imzalandı. İndi Azərbaycan və Ermənistan arasında münasibətləri normallaşdırmaq üçün hərəkətə keçməyin vaxtıdır və biz bu istiqamətdə sizin rolunuzu çox yüksək qiymətləndiririk. Azərbaycan bu yaxınlarda münasibətlərin normallaşmasında əsas götürülməli olduğu beş mühüm prinsip irəli sürüb. Bunlar insan hüquqlarının fundamental prinsipləridir və hesab edirəm ki, bunlar əsasında münasibətləri normallaşdırmaq olar. Qarabağ münaqişəsi artıq tarixdir, o, iki il əvvəl həll olunub, ona görə də bu kontekstdə müzakirə olunacaq heç nə qalmayıb” – deyə İlham Əliyev bildirib.
Bundan əvvəl Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb.