İlham Əliyev iranlı həmkarı Məsud Fəzəşkiana başsağlığı məktubu göndərib
Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti Məsud Fezeşkiana başsağlığı məktubu göndərib.
“Hörmətli cənab Prezident, İran İslam Respublikasının Ali Lideri Ayətullah Seyid Əli Xameneinin faciəli vəfatından dərindən məyusuq. Bu ağır itki ilə əlaqədar sizə, mərhumun ailəsinə və dost İran xalqına dərin hüznlə başsağlığı verir, səbir və dözüm diləyirik.
Ayətullah Seyid Əli Xamenei uzun illər ərzində İran dövlətinin və cəmiyyətinin həyatında mühüm rol oynayırdı, ölkəsinin siyasi və dini həyatında xüsusi yer tuturdu. Onun vəfatı İran üçün böyük itkidir. Bu çətin gündə dost və qardaş İran xalqına sülh, sabitlik və rifah diləyirik”, – İlham Əliyevin məktubunda qeyd edilib.