İlham Əliyev Ermənistanla sülh danışıqlarının Qazaxıstanda keçirilməsinə razı olduğunu bildirir

11:42, 10.09.2024

 
Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanla sülh danışıqlarının Qazaxıstanda keçirilməsinə razı olduğunu bildirir.

Bu haqda Azərbaycan Prezidenti ilə Qazaxıstanın lideri arasında telefon danışığından sonra İlham Əliyevin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

“Qazaxıstan Prezidenti Astananın Ermənistan ilə Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların aparılması üçün platforma rolunu oynamağa hazır olduğunu bildirib. Azərbaycan Prezidenti bu təklifin Azərbaycan üçün məqbul olduğunu bildirib”- press-relizdə deyilir.

Öz növbəsində, bu gün Ermənistanın Baş naziri Bakı ilə Yerevan arasında sülh sazişi ilə bağlı bəyanat verib. Nikol Paşinyan qeyd edib ki, iki ölkə arasında sülh sazişinin 13 maddəsi razılaşdırılıb.

“Sülh sazişi layihəsinin 13 maddəsi və girişi tam razılaşdırılıb, üç maddə qismən razılaşdırılıb, bu maddələr ümumilikdə iki cümlədən ibarətdir. Bizim təklifimiz razılaşdırılmış maddələri mümkün qədər tez imzalamaqdır” – Paşinyan bildirib.

Onun izahına əsasən, razılaşdırılmış maddələr “Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlərin qurulması” haqda təklifi nəzərdə tutur.

Paşinyan həmçinin deyib ki, Ermənistan ərazisində yerləşən Azərbaycanla birləşdirən nəqliyyat kommunikasiyalarının təhlükəsizliyini erməni tərəfi qorumalıdır.

Oxşar