İlham Əliyev - Əhməd əl-Şaranın səfəri ilə Azərbaycan və Suriya arasında münasibətlərin inkişafı üçün böyük perspektivlər açıldı
Suriya prezidenti Əhməd əl-Şaraa Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb.
Medianın məlumatına görə, görüşdə İlham Əliyev Əhməd əl-Şaranın Azərbaycana səfərinin ölkələr arasında əlaqələrin inkişafında mühüm rol oynayacağına ümid etdiyini bildirib.
İlham Əliyevin dedeiyinə görə, uzun illər ərzində Azərbaycana qarşı qeyri-dost siyasət yürüdən Suriyanın əvvəlki hökuməti dövründə ikitərəfli münasibətlərdə durğunluq yaranmışdı.
Azərbaycan Prezidenti vurğulayıb ki, Suriyada yeni hökumət hakimiyyətə gəldikdən sonra münasibətlərin inkişafı üçün böyük perspektivlər açılıb. Onun dediyinə görə, görüş zamanı ölkələr arasında müxtəlif sahədə əməkdaşlığın inkişaf etdirilməsi layihələri müzakirə olunub.
Öz növbəsində, Əhməd əl-Şaraa təəssüflə qeyd edib ki, əvvəlki hökumət Suriya ilə bir çox ölkə, o cümlədən Azərbaycan arasındakı münasibətlərə zərər vurub. Onun dediyinə görə, o, Azərbaycanla siyasi, ticarət, iqtisadiyyat, mədəniyyət, humanitar və digər sahələrdə əməkdaşlıqda maraqlıdır.
Görüş zamanı qeyd edildi ki, yaxın gələcəkdə Türkiyə vasitəsilə Suriya istiqamətində Azərbaycan qazının ixracı layihəsi həyata keçiriləcək ki, bu da həmin ölkənin enerji təhlükəsizliyinin təmin olunmasına kömək edəcək. Azərbaycanın Suriyanın enerji sektorunun bərpasına töhfə verə biləcəyinə diqqət yetirilib.