İkinci İliya - Tanrıdan diləyək ki, bizə sülh, məhəbbət və Gürcüstanın bütövlüyünü versin
İkinci İliya - Tanrıdan diləyək ki, bizə sülh, məhəbbət və Gürcüstanın bütövlüyünü versin

Tanrıdan bu gün diləyək ki, bizə sülh, məhəbbət və Gürcüstanın bütövlüyünü versin, – bu barədə Bütün Gürcüstanın Kalikos-Patriarxı, Pak və Müqəddəs İkinci İliya Svetisxoveli Kafedral Məbədində bəyan etdi.

İkinci İliya bütün Gürcüstan əhalisini Svetisxovloba bayrımı münasibəti ilə təbrik etdi.

“Bu gün bizim ən böyük milli bayramımız – Msxetoba, Svetisxovloba bayramıdır. Bu böyük bayram münasibəti ilə bütün hamınızı təbrik edirəm. Sevinc və kədər əkiz kimi bir-birini əvəz edirlər. Svetisxoveli və Msxeta bir çox şey görüb, yaxşı və ağır. Tanrıdan bu gün diləyək ki, bizə sülh, məhəbbət və Gürcüstanın bütövlüyünü versin. Msxeta xüsusi şəhər və yerdir.

Sevinirik ki, bu xoşbəxt gündə Gürcüstanın baş naziri, şəhərin meri və başqa vəzifəli şəxslər iştirak edirlər”, – İkinci İliya bəyan etdi.

Svetisxoveli Kafedral Məbədində, ibadət dua mərasimində baş nazir Mamuka Baxtadze və Tbilisi meri Kaxa Kaladze, hökumət üzvləri və prezidentliyə namizədlər iştirak edirdilər.