İctimai Yayımçının idman qrupu tərəfindən parlamentin üzvü Leri Xabelovun bəyanatı ilə bağlı yayılan məktub
İctimai Yayımçının idman qrupu parlamentin üzvü Leri Xabelovun bəyanatı ilə bağlı məktub yayır:
“2018-ci ilin qış olimpiadasını iki televiziya kanalı vasitəsi ilə İctimai Yayımçı tam şəkildə işıqlandırdı və ona 217 saat və 50 dəqiqə efir vaxtı ayırdı. Olimpiyada üçün yaradılan verlişlər üçün isə, 13 saat və 25 dəqiqə ayrıldı. İctimai Yayımçı yeganə kanaldır, hansı ki, Olimpiadanın daha yaxından işıqlandırılması üçün oraya çəkiliş qrupunu göndərdi.
Parlamentin deputatı Leri Xabelovun, İctimai Yayımçı tərəfindən 2018-ci ili Qış Olimpiyadasının işıqlandırılması ilə bağlı dünənki bəyanatına cavab vermək istəyirik.
Olimpiya komitəsinin prezidenti, deputat Leri Xabelovun bəyanatına görə, İctimai Yayımçı idman mövzularının işıqlandırılmasına yetərli qədər vaxt ayırmır və idman federasiyaları bununla bağlı narahatçılıqlarını bildirirlər.
İctimai Yayımçının idman qrupu olarq, hesab edirik ki, cənab Leri Xabelovun bu bəyanatı tamamilə əsassızdır və doğru deyil.
Qeyd edilməlidir ki, cənab Xabelov misal olaraq, Eurosport kanalını gətirdi, halbuki onu bilməlidir ki İctimai Yayımçı idman kanalı deyil və idman mövzularının işıqlandırılması ilə yanaşı, digər öhdəlikləri və prioritetləri də var.
Həmçinin, bildirmək istəyirik ki, 2019-cu ildə yayımçımız müxtəlif çempionatları işıqlandıracaq və idman mövzuları ilə zəngin olacaq.
İctimai Yayımçının idman qrupunun adı ilə gürcü idmanının nümayəndələrini qarşıdan gələn yeni il münasibəti ilə təbrik edirik!” – deyilir məktubda.