İctimai Yayımçının qəyyumlar şurasının diplomatik korpusa və beynəlxalq təşkilatlara müraciəti
İctimai Yayımçının qəyyumlar şurası diplomatik korpusa və beynəlxalq təşkilatlara müraciət edir.
“Son zamanlarda, bəzi siyasətçilərdən İctimayi Yayımçıya və jurnalistlərə qarşı əssasız ittihamlar eşidirik. Qeyd edilməlidir ki, Gürcüstanın Birinci Kanalı müstəqil institutdur və bu müstəqlilliyin zəmanəti ona konstitusiya tərəfindən verilib.
İctimai Yayımçının ideyasından irəli gələrək, onun redaksiya siyasəti hansısa partiyanın maraqlarına və gündəminə uyğun ola bilməz. Biz müxalifətin etiraz aksiyalarının iştirakçılarının emosyonal fonunu görə bilirik və başa düşə bilərik ki, bu fonda ekzaltasiyalı, əsassız bəyanatlar verilə bilər, ancaq ikinci gün, həmin bəyanatlar artıq təhdid xarakterini daşıyanda, bu artıq narahatçılğımıza səbəb olur.
Təbii ki, sual yaranır: konkret müxalifət partiyaları İctimai Yayımçıyı qorxutmağa mı çalışırlar? Və yaxud yayımçının diskreditasiya cəhdləri hansı məqsədə xidmət edir?
Biz konstruktiv tənqidi qəbul edə bilərik və salamlayırıq, ancaq əsassız ittihamlar və təhdidlər bizim üçün qeyri-məqbuldur.
2020-ci ilin 31 oktyabr seçkilərinə qədər İctimai Yayımçının xüsusi ilə diqqət etdiyi məsələ bütün siyasi subyektlərə eyni dərəcədə azad platforma və efir vaxtı vermək idi.
Bu məqsədə “Moambe” xəbərlər proqramı və “Debatlar” vasitəsi ilə nail olduq. Halbuki, Gürcüstanın polyarizasiyalı siyasi mühitində bu həqiqətən də böyük nailiyyətdir.
Eyni zamanda, qeyd edilməlidir ki, birbaşa yayımla etiraz aksiyaları da translyasiya edilirdi.
İctimai Yayımçının qəyyumlar şurası beynəlxalq təşkilatlara, diplomatik korpusa, Avropa Yayımçılar İttifaqına müraciət edir, baş verən proseslər zamanı, siyasətçilərin bir hissəsi tərəfindən İctimai Yayımçının fəaliyyətinə müdaxilə olmaq cəhdlərinə diqqət yetirsinlər və kanala qarşı edilən bəyanatları dəyərləndirsinlər” – deyilir İctimai Yayımçının qəyyumlar şurasının bəyanatında.