Gürcüstanın İctimai Yayımçısının Qəyyumlar Şurasının üzvlərinin əksəriyyəti Birinci Kanalın jurnalistlərini dəstəkləyən bəyanat qəbul edib.
Bəyanata əsasən, müəyyən siyasi dairələr və ayrı-ayrı şəxslər tərəfindən Yayımçının və onun jurnalistlərini təhdidlə müşayiət olunan təqib və təhqir etməkdə davam edirlər. Qəyyumlar Şurası ictimai yayımçının fəaliyyət gündəliyinə siyasi qüvvələrin qəbuledilməz və kobud müdaxiləsini, onun üzərinə tamamilə perspektivsiz siyasi təsir cəhdini yolverilməz hesab edir və İctimai Yayımçının ideyasını sona qədər müdafiə edəcəyini bildirir.