İctimai Yayımçının Qəyyumlar Şurası üzvlərini seçən kommisiya, şura üzvlüyü arzusunda olan 14 namizəddən 12 nəfəri seçdi və siyahını parlamentə göndərdi.
Namizədlər bu gün kommisiya qarşısında təqdimatlar etdilər və kommisiya üzvlərinin suallarına cavab verdilər.
Prossedura uyğun olaraq, 12 namizəddən son olaraq parlament Yayımçının Qəyyumlar Şurasının dörd üzvünü seçəcək.
Qəyyumlar Şurasında dörd vakant vəzifə var, Gürcüstan qanunvericiliyinə uyğun olaraq, müsabiqə kommisiyası hər bir vakant vəzifəyə üç nəfəri təqdim etməlidir.
İctimai Yayımçının Qəyyumlar Şurasında dörd vakant vəzifə, namizədlərin səlahiyyətləri müddətinin tükənməsinə görə yarandı.
Bir neçə aya Qəyyumlar Şurasında – Acara Ali Şurası tərəfindən təqdim olunmuş Giorgi Koxreidzenin və Parlament çoxluğu tərəfindən təqdim olunan Qriqol Qoqeliya və Marina Musxelişvilinin səlahiyyətləri müddəti tükənir. Şuranı, şəxsi arzusi ilə bir neçə ay bundan əvvəl, azlıq tərəfindən təqdim olunan Sulxan Saladze tərk etdi.
İctimai Yayımçının Qəyyumlar Şurası üzvlərini seçən kommisiya bu gün 14 namizədlə şöhbətləşmə apardı:
Malxaz Aslamazaşvili – rejissor;
Ninia Kakabadze – jurnalist;
Donara Şonava – İctimai Yayımçının jurnalisti;
Zaza Şatirişvili – filosof;
İzabela Osipova – Xalq Müdafiəçisi yanında mövcud olan Milli azlıqlar Şurasının icraçı katibi;
Xatiya Ğuraşvili – Kommunikasiyalar Komissiyanın keçmiş mətbuat katibi;
Zviad Devdariani – CİDA-nın rəhbəri;
Beso Liluaşvili – Acara Hökuməti Sədrinin müşaviri;
Natia Sirabidze – Acara Təhsil Nazirinin keçmiş müavini;
Vladimer Bojadze – Vətəndaş Cəmiyyəti və Demokratiyanın İnkişafı Mərkəzinin rəhbəri;
İya Mamaladze – jurnalist;
Natia Koberidze – jurnalist;
Babutsa Pataraiya – Sapari-nin rəhbəri;
David Koraxaşvili – Holdinq Abxaziya Səsinin sahibi.
Namizədlərin son siyahısını Gürcüstan Parlamenti dərc etdirəcək.