Gürcüstanın Birinci Kanalı, son dövrlərdə İctimai Yayımçıya qarşı davam edən proseslərdə iştirak edən əməkdaşlar barəsində başlanmış intizam icraatının nəticələrinə istinadən verilən qərar barədə məlumat yayır.
Bir neçə ay ərzində bu prosesdə iştirak edən əməkdaşların kiçik bir hissəsi tərəfindən İctimai Yayımçı ilə onların arasında bağlanmış müqavilələrin şərtlərinin, yayımçının əməkdaşları üçün nəzərdə tutulmuş təşkilati təlimatın (daxili əmək qaydaları), həmçinin, daxili yerli aktların tələblərinin pozulması halları aşkar edilib.
Qeyd edək ki, İctimai Yayımçının xəbər xidməti, analitik proqramlar və ya sosial mövzulu verilişlərin aparıcıları və jurnalistləri həm tamaşaçı, həm də təşkilat qarşısında xüsusi məsuliyyət və standartlara riayət etmək öhdəliyi daşıyırlar. Jurnalist peşəsi təkcə jurnalistin hüquq və azadlıqlarını deyil, eyni zamanda onun öhdəliklərini və məsuliyyətini də özündə birləşdirir. Qeyd olunan standarta riayət etmək İctimai Yayımçı kimi media vasitəsi üçün xüsusilə vacibdir və onun verilişlərinin/proqramlarının aparıcısı heç bir halda yayımçının və/və ya aparıcı kimi onun qərəzsizliyini və obyektivliyini istisna edən və ya hətta şübhə altına alan ictimai və ya siyasi hadisələrin tərəfdarına çevrilməməlidir.
Nəzərə almaq lazımdır ki, ictimai məkanda yayılmış bəyanatlarla yuxarıda qeyd olunan əməkdaşların bir hissəsi işəgötürənlə işgüzar və konstruktiv münasibətlərin imkanını tamamilə tükətmişdir, bu isə normal əməkdaşlığı mümkünsüz edir.
İctimai Yayımçı ilə imzalanmış əmək müqavilələrinin və təşkilatın daxili əmək qaydalarının mümkün pozulması hallarının üzə çıxarılması məqsədilə təşkilatın altı əməkdaşı barəsində intizam icraatı başlanıb.
Biz hesab edirik ki, istənilən təşkilatda işləmək və əməkdaşlıq qarşılıqlı iradə nümayişi və istəyin nəticəsidir, bu halda bu baş verməyib, bu səbəbdən, Gürcüstanın Birinci Kanalı tərəfindən “Real Məkan” verilişinin aparıcısı Nino Zautaşvili və “Moambe” xəbər verilişinin aparıcısı Vasil İvanov-Çikovani ilə əmək münasibətlərinin dayandırılması qərarı qəbul edilib. Qeyd olunan intizam icraatları çərçivəsində yayımçının digər əməkdaşlarına: “Real Məkan” verilişinin müxbiri Tamar Mşvenieradze, eyni verilişin aparıcısı İoseb Katsitadze, pult rejissoru və eyni zamanda İdman kanalının rejissoru Kaxaber Melikidze, brendinq və promosyon qrupunun rejissoru İrma Çubinidzeyə qarşı digər növ intizam sanksiyaları tətbiq edilib.
Bir neçə əməkdaşla bağlı tədqiqat prosesinin nəticələrinin qiymətləndirilməsi hələ də davam edir və proses başa çatdıqdan sonra intizam icraatının nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.