İctimai Yayımçı və Avropa Yayımçılar İttifaqı əməkdaşlığı ilə, Gürcüstanın Birinci Kanalının jurnalistləri üçün treninqlər keçiriləcək
İctimai Yayımçı və Avropa Yayımçılar İttifaqı (EVU) əməkdaşlığı ilə, Gürcüstanda fəaliyyət göstərən bölgə akademiyası Gürcüstanın Birinci Kanalının jurnalistləri üçün treninqlər keçirəcək. Akademiyada treninqlər jurnalistlərə Gürcüstanın Birinci Kanalından, eləcə də qonşu ölkələrdən – Azərbaycan və Ermənistandan olan jurnalistlərə keçiriləcək.
2020-ci il sentyabrın 18-də treninq “tele və radio verilişlər üçün qərarlara fokuslaşdırılmış xəbərlər” mövzusu üzrə keçirləcək. 25 sentyabrda isə – “konstruktiv, qərara fokuslaşdırılmış süjetin yaradılması üçün beş addım” adlı treninq keçiriləcək. Treninq distansiyalı şəkildə – zum vasitəsilə baş tutuacaq.
Uğurlu nümunə kimi, Danimarka İctimai Yayımçısının “Public Service” adlı radio verilişi müzakirə olunacaq.
Treninqə Avropa Yayımçılar İttifaqı akademiyasının treneri, Mark Eqan rəhbərlik edəcək.
Treninq yeni xəbərlər bölməsinin rəhbərləri, redaktorları, reportyorları və prodüserləri üçün nəzərdə tutulub.
İctimai Yayımçı və Avropa Yayımçılar İttifaqı (EVU) əməkdaşlığı və maliyyələşdirilməsi ilə, Gürcüstanda bölgə akademiyası 2019-ci ilin əvvəlində təsis olundu.