İctimai Yayımçı kədərləndiyini ifadə edir və yanğın nəticəsində həlak olanların ailələrinə baş sağlığı verir
İctimai Yayımçı Batumidə baş verən faciəyə görə kədərləndiyini ifadə edir və yanğın nəticəsində həlak olanların ailələrinə baş sağlığı verir.
Həmçinin qeyd etmək istəyirik ki, sabah Birinci Kanalın birbaşa efirində, saat 19:00-da 2017-ci ilin Uşaq Avroviziyası yayımlanacaqdır. Bu da Gürcüstanda ilk dəfə keçirilir və müvafiq olaraq, İctimai Yayımçı, müsabiqənin rəsmi partnyoru kimi, təşkilatçılıqdan başqa, öhdəlik götürüb ki, hər bir iştirakçı ölkə ilə birlikdə, birbaşa efirdə yayım siqnalını ötürsün.
Qeyd olunasıdır ki, Birinci Kanal, müsabiqə başlayana qədər, əlavə olaraq bayram praqramının translasiyasını planlaşdırmşdı. Bu da yaranan duruma görə, efirindən çıxarıldı.
Xatırladaq ki, noyabrın 26-nın müsabiqəsində iştirak etmək üçün, Tbilsiyə 16 ölkənin 500-ə qədər nümayəndəsi gəlibdir. Onlar 6 aydı necə öz ölkələrində, eləcə də Gürcüstanda artıq bir həftədir öz üzərlərində işləyirlər ki, 25-26 noyabrda tamaşaçıya unudulmaz uşaq bayramını hədiyyə etsinlər.
İctimai Yayımçı, bir daha kədərləndiyini ifadə edir və həlak olanların ailələrinə həmrəyliyini bildirir.