İctimai asayiş zabiti institutu daha da genişləndirildi və üç şəhərdə Telavi, Kutaisi və Qoridə fəaliyyətə başladı
Daxili İşlər Nazirliyi ictimai təhlükəsizliyin və ictimai asayişin daha səmərəli mühafizəsini təmin etmək məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini davam etdirir. Bu istiqamətdə ölkə miqyasında İctimai asayiş zabiti institutu genişləndirildi və əlavə olaraq Telavi, Kutaisi və Qori şəhərlərində fəaliyyətə başladı. İctimai asayişin zabitləri artıq öz fəaliyyətlərinə başladılar.
Daxili işlər naziri Qeka Qeladze yeni ictimai asayiş zabitlərini nazirlikdə qəbul edib, onlara peşəkar fəaliyyətlərində uğurlar arzulayıb. Qeka Qeladzenin sözlərinə görə, ölkə miqyasında ictimai asayiş institutunun gücləndirilməsinin məqsədi ictimai təhlükəsizliyin qorunmasına xidmət edən polis fəaliyyətinin effektivliyini daha da artırmaqdır.
İctimai asayişin qorunması məqsədilə ictimai asayiş zabitləri fəaliyyət göstərdikləri ərazilərdə yaşayan vətəndaşlarla daimi ünsiyyətdə olur, eyni zamanda cinayətlərin qarşısının alınmasına yönəlmiş tədbirləri mütəmadi şəkildə həyata keçirir, inzibati xətalara dair işlərin icraatını və müxtəlif cinayət faktlarına operativ reaksiya verilməsini təmin edir.
Görüşdə daxili işlər nazirinin birinci müavini Roland Mexsi və nazirliyin müxtəlif departament rəhbər şəxsləri iştirak edirdi.