II Elizabetin dəfn mərasiminin ictimai hissəsi başa çatıb [şəkil]
Birləşmiş Krallığın kraliçası II Elizabetin dəfn mərasiminin ictimai hissəsi başa çatıb. Cənazə Vindzor qəsrində Müqəddəs Qiorqi kilsəsində qəbirgaha gətirilib. Daha sonra dəfn mərasimi ailə üzvlərinin müşayiəti ilə davam etdiriləcək.
Kraliçanı həyat yoldaşı Şahzadə Filipin yanına dəfn edəcəklər.
Bundan əvvəl Birləşmiş Krallığın kraliçası II Elizabetin cənazəsi Vestminster Abbatlığından Vindzor qəsrinə aparılıb.
Müqəddəs Qiorqi kilsəsində keçirilən ayində 800-ə yaxın insan iştirak edib. Mərasimin sonunda Kraliçanın bütün titulları sadalanıb və vida nəğməsi səsləndirilib. Arxiyepiskop Kral Üçüncü Çarlza xeyir-dua verib və Dövlət Himni səsləndirilib.
Birləşmiş Krallıqda matəm sentyabrın 26-dək davam edəcək.
















