İqtisadiyyat Nazirliyində "Visa" şirkətinin regional prezidenti ilə görüş keçirilib
İqtisadiyyat və Dayanıqlı İnkişaf nazirinin müavinləri Tamar İoseliani və İrakli Nadareişvili Mərkəzi və Şərqi Avropa, Yaxın Şərq və Afrika bölgəsində “Visa” şirkətinin regional prezidenti Tarek Muhmud ilə görüşüblər. İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, görüşdə iki tərəfli əməkdaşlıq istiqamətləri müzakirə olunub, o cümlədən turizm, aviasiya, kiçik və orta biznesin dəstəklənməsi və digər sahələrdə.
“Tbilisi Beynəlxalq Hava Limanında “Visa” ilə tərəfdaşlıq çərçivəsində açılan məkanlara xüsusi diqqət yetirilib. Söhbət zamanı həmçinin cari ilin mart ayında Kutaisi Beynəlxalq Hava Limanında istifadəyə veriləcək Visa Business Lounge layihəsinə də toxunulub. Layihənin ümumi dəyəri 1 milyon laridən çoxdur və hava limanında 270 kvadratmetr ərazidə yerləşəcək.
“Visa” Regional Prezidenti şirkətin ölkədə elektron xidmətlərin inkişafına yönəlmiş digər təşəbbüslərindən danışıb. “Visa”nın yerli turizmin təşviqində və birgə fəaliyyətlərin həyata keçirilməsində, eləcə də mikro, kiçik və orta sahibkarlığın rəqəmsal bacarıqlarının inkişaf etdirilməsi prosesində iştirakına xüsusi diqqət yetirilib. “Visa” Regional Prezidenti həmçinin Gürcüstan hökumətinin İT sənayesini ölkədə ən sürətlə böyüyən sənayelərdən birinə çevirən innovativ ekosistemin inkişafı baxımından qəbul etdiyi qərarlarla maraqlandığını bildirdi.
Görüşdə həmçinin Milli Turizm Administrasiyasının rəhbəri Maia Omiadze və İnnovasiya və Texnologiya Agentliyinin sədri Avtandil Kasradze iştirak ediblər”, – məlumatda deyilir.