İqtisadiyyat Nazirliyi - "WizzAir" şirkətinin fəaliyyətinə məhdudiyyətlərin tədbiq olunması planlaşdırılmır və gündəmdə də olmayıb
Gürcüstan İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi bəyan edir ki, “WizzAir” şirkətinin fəaliyyətinə məhdudiyyətlərin tədbiq olunması planlaşdırılmır və gündəmdə də olmayıb.
Bu barədə İqtisadiyyat Nazirliyinin bəyanatında deyilir. Bəyanatda idarə “HUBGeorgia” QHT-nın bəyanatını ki, sanki Gürcüstan hökuməti “WizzAir” şirkətinin Gürcüstan bazarından çıxarılmasını planlaşdırır, təsdiq etmir.
“Bizim üçün bənzər yalan məlumatın yayılması qəbuledilməzdir. Tam məsuliyyətlə bəyan edirik ki, “WizzAir” şirkətinin fəaliyyətinə məhdudiyyətlərin tədbiq olunması planlaşdırılmır və gündəmdə də olmayıb. Əksinə dövlət tərəfindən şirkətin inkişafına imkanlar yaradılır və gələcəkdə də davam etdiriləcək”, – Nazirlikdə bəyan edirlər.
O ki, qaldı elə həmin QHT tərəfindən yayılan məlumata ki, “Myway Airlines” gürcü şirkəti üçün Rusiya istiqamətinə tezliklər verilməyib, bu məlumat da yalandır.
Gürcüstan və Rusiya arasında hava gediş-gəlişi razılaşmasına əsasən, Mülki Aviasiya tərəfindən “Myway Airlines” Rusiya Federasiyasının beş istiqamətinə təyin olunubdur.