İens Stoltenberq- Vladimir Putin Ukraynada nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq
Vladimir Putin Ukraynada nüvə silahından istifadə edərsə, bunun Rusiya üçün ağır nəticələri olacaq-bu barədə NATO-nun baş katibi İens Stoltenberq NBC telekanalına müsahibəsində açıqlayıb.
Şimali Atlantika Alyansının rəhbəri bildirib ki, nüvə ritorikası təhlükəlidir və “nüvə silahından istənilən istifadə Ukraynadakı münaqişənin xarakterini dəyişəcək”.
“Nüvə müharibəsində qalib gəlmək mümkünsüzdür və heç vaxt aparılmamalıdır . Bu, NATO və müttəfiqlərinin Rusiyaya açıq şəkildə göndərdiyi mesajdır. NATO-nun kritik infrastrukturuna istənilən məqsədyönlü hücum NATO-nun güclü və vahid reaksiyasına səbəb olacaq. Qərbin Putinə ən yaxşı cavabı indi gördüyü işi davam etdirmək oldu: Ukraynaya maliyyə və hərbi yardım göstərmək. Bu, Ukraynanın faktiki olaraq işğal olunmuş əraziləri azad edib geri ala bilməsini təmin etməyin ən yaxşı yoludur. Limandakı irəliləyiş sübut edir ki, ukraynalılar irəliləyir, cəsarətləri və bacarıqları sayəsində Rusiya qüvvələrini geri çəkilməyə məcbur edə bilirlər. Lakin təbii ki, həm də ABŞ və digər müttəfiqlərin təmin etdiyi qabaqcıl silahlar sayəsində. Və bu, hər gün döyüş meydanındakı vəziyyəti dəyişir” – deyə Stoltenberq bildirib.