İens Stoltenberq Ukraynada müharibənin böyük ehtimalla danışıqlar masası arxasında bitəcəyini bildirir
NATO-nun baş katibi İens Stoltenberq Ukraynada müharibənin böyük ehtimalla danışıqlar masası arxasında bitəcəyini bildirir. Bu barədə İens Stoltenberq Britaniya mətbuatına verdiyi müsahibəsində açıqlayıb.
Stoltenberq NATO-nun Ukraynaya lazım olduğu müddət boyunca yardım göstərəcəyini bildirib.
“Biz Ukraynanı Avropada müstəqil, suveren dövlət kimi dəstəkləyəcəyik və sonra bu müharibə böyük ehtimalla danışıqlar masası arxasında bitəcək . Bunun nəticəsi tamamilə döyüş meydanındakı gücdən asılı olacaq, bu Ukraynanı dəstəkləməyimizin səbəbidir”- deyə Stoltenberq bildirib.