İens Stoltenberq – Ukrayna qalib gəlməlidir

15:16, 24.08.2022

 

NATO-nun baş katibi Ukraynanın qalib gələcəyinə əmindir. İens Stoltenberq NATO-nun Ukraynaya lazım olduğu müddət boyunca yardım göstərəcəyini bildirib.

Baş katib bu barədə Ukraynanın Müstəqillik Günü ilə əlaqədar videomüraciətində danışıb.

O , NATO-nun Ukraynanı müstəqillik əldə etdiyi gündən dəstəklədiyini və Rusiyanın Ukraynaya qanunsuz müdaxiləsindən sonra bu dəstəyin daha da gücləndiyini bildirib.

“Güclü, müstəqil Ukrayna Avro-Atlantik məkan üçün həyati əhəmiyyət kəsb edir. Ukrayna qalib gəlməlidir və qalib gələcək”-deyə Stoltenberq bildirib.

Oxşar