İens Stoltenberq Rusiyanın yazda hücuma başlamaq üçün Ukraynada müharibəni dondurmağa çalışdığını bildirir
NATO-nun baş katibi İens Stoltenberq Rusiyanın yazda hücuma başlamaq üçün Ukraynada müharibəni dondurmağa çalışdığını bildirir.
İens Stoltenberq bu barədə “Financial Times”a müsahibəsində açıqlayıb.
O, həm Rusiya, həm də Ukraynanın qışda qüvvələrini yenidən qruplaşdırmaq və silahlandırmaq istədiyini, bu səbəbdən NATO ölkələrinin Ukraynanı dəstəkləməyə davam etməli olduğunu qeyd edib.
“Hazırda diplomatik həll üçün şərait yoxdur. Biz sülh yolu ilə həlli nə qədər çox istəyiriksə, Ukraynaya bir o qədər tez hərbi dəstək verməliyik” – deyə NATO-nun baş katibi açıqlayıb.