İens Stoltenberq - Rusiya Ukrayna üzərində tam nəzarətdən imtina etməyi planlaşdırmır, Qərb ölkələrinin Ukraynanı dəstəkləmək üçün uzunmüddətli plana malik olması zəruridir
İens Stoltenberq - Rusiya Ukrayna üzərində tam nəzarətdən imtina etməyi planlaşdırmır, Qərb ölkələrinin Ukraynanı dəstəkləmək üçün uzunmüddətli plana malik olması zəruridir

 

NATO-nun baş katibi İens Stoltenberq Rusiyanın əsas məqsədindən – Ukrayna üzərində tam nəzarəti bərqərar etməkdən əl çəkməyi planlaşdırmadığını, bu səbəbdən də Qərb ölkələrinin Ukraynanı dəstəkləmək üçün uzunmüddətli plana malik olmasının zəruri olduğunu vildirib.

“BBC”yə müsahibəsində Stoltenberq Ukrayna ordusunun uğurlarının Kiyevin sürətli qələbəsi ilə bağlı yanlış təəssürat yaratmamalı olduğunu qeyd edib.

“Ukraynanın Silahlı Qüvvələri bir neçə ay boyuca əks-hücuma keçmişdi, lakin biz onu da bilirik ki, Rusiya səfərbərlik edərək hərbi sıralarını artırıb. Səfərbər olunanların çoxu hazırda təlimdən keçir. Bütün bunlar göstərir ki, onlar müharibəni davam etdirməyə və bəlkə də yeni hücumlara cəhd etməyə hazırlaşırlar”- deyə Stoltenberq açıqlayır və Ukraynadakı vəziyyətin Qərbdən hərbi dəstək tələb etdiyini qeyd edir.

“Əgər biz sülh sazişinin Ukraynanın suveren, müstəqil, demokratik Avropa dövləti kimi qalib gəlməsi üçün vəziyyəti gücləndirməsini istəyiriksə, Ukraynaya dəstəyi təmin etməliyik. Hərbi dəstək də daxil olmaqla, çünki bu, Rusiyanı danışıqlar masasına oturtmağa və Ukraynanı Avropanın suveren, müstəqil dövləti kimi tanımağa inandırmağın yeganə yoludur”- deyə İens Stoltenberq bildirir.