İens Stoltenberq – Kosovadakı NATO sülhməramlıları Serbiya və Kosova arasında sabitliyin risk altında olması halında müdaxilə etməyə hazırdırlar
Kosovadakı NATO sülhməramlıları Serbiya və Kosova arasında sabitliyin risk altında olması halında müdaxilə etməyə hazırdırlar-bu barədə NATO-nun baş katibi İens Stoltenberq Serbiya prezidenti Aleksandr Vuçiçlə görüşdən sonra bildirib.
“Bölgədə vəziyyətin yaxşılaşmasına baxmayaraq, gərginliyin qarşısını almaq bütün tərəflərin, xüsusən də Belqrad və Priştinanın yüksək vəzifəli rəsmilərinin üzərinə düşür . Bütün tərəfləri təmkinli olmağa və zorakılıqdan çəkinməyə çağırıram. NATO bölgədəki vəziyyəti diqqətlə izləməyə davam edir. Sülhməramlılarımızın missiyası, NATO tabeliyindəki beynəlxalq qüvvələrin sülhməramlı missiyası yenə də Birləşmiş Millətlər Təşkilatının mandatına əsaslanıb. Sabitliyin təhlükə altına düşməsi halında, NATO-nun tabeliyindəki beynəlxalq qüvvələr müdaxilə etməyə hazırdır”-deyə Stoltenberq açıqlayıb.