İens Stoltenberq – İsveç və Finlandiya 2023-cü ilin sonuna kimi NATO-ya üzv olacaqlar
NATO-nun baş katibi İens Stoltenberq İsveç və Finlandiyanın 2023-cü ilin sonuna kimi NATO-ya üzv olacağını açıqlayıb.
Stoltenberq prosesin ratifikasiyasının vaxtında baş verəcəyinə tam əmin olduğunu bildirib, lakin NATO-nun baş katibi konkret vaxt göstərməyib.
Finlandiya və İsveç bir neçə ay əvvəl NATO-ya üzv olmaq üçün müraciət etmişdilər. Türkiyə iki ölkənin NATO-ya qoşulmasına qarşı idi. İens Stoltenberq Türkiyənin iki ölkənin NATO-ya üzv olmasına mane olmayacağını hesab edir.