İens Stoltenberq NATO üzvlərinin bir hissəsinin müdafiə xərcləri həddini artırmaq istədiyini bildirir
NATO-nun baş katibi NATO üzvlərinin bir hissəsinin müdafiə xərcləri həddini artırmaq istədiyini bildirir. İens Stoltenberq bu barədə alman mediasına müsahibəsində açıqlayıb.
NATO-nun baş katibi bildirir ki, alyans üzvlərinin bir hissəsi alyansın nizamnaməsi ilə müdafiə xərcləri üçün müəyyən edilmiş ayrı-ayrı üzvlərin ümumi daxili məhsulunun 2%-nin minimal tələb olmasını istəyir. Bu məsələ ilə bağlı danışıqlara Şimali Atlantika Alyansının baş katibi rəhbərlik edəcək.
“Müxtəlif paytaxtlarda nazirlərin görüşləri, danışıqlarımız olacaq. Məqsədimiz iyulun 11 və 12-də Vilnüsdə keçiriləcək növbəti sammitə qədər razılığa gəlməkdir” -deyə Stoltenberq bildirib.
NATO-nun baş katibi hərbi xərclərin artırılmasını hansı ölkələrin dəstəklədiyini dəqiqləşdirməyib. Bununla belə, alman mediasının məlumatına əsasən bu ölkələrə: Polşa, Litva və Böyük Britaniya daxildir. Almaniya, Kanada və Belçika bu ideyanın əleyhdarları hesab olunur.