İdman Şəhərinin tikilməsi üçün, Səudi Ərəbistan kralı İraqa milyard dollar hədiyyə etdi

İdman şəhərinin tikilməsi üçün Səudi Ərəbistan kralı İraqa milyard dollar hədiyyə etdi.

Yayılan məlumata görə, İdman Şəhəri ölkənin paytaxtı Bağdatda tikiləcək.

Səudi Ərəbistanın Ticarət və İnvestisiya Naziri Macid Bin Abdullah Əl-Kasabın bəyanatına əsasən, rəsmi riyad Badatda konsulluq açacaq və İraq vətəndaşları Səudi Ərəbistana getmək üçün vizalar ala biləcəklər.

Həmçinin, İraqın üç müxtəlif regionlarına Səudi Ərəbistan konsulluqları açılacaq.

25 illik münaqişədən sonra, Səudi Ərəbistan İraqda Səfirliyini 2015-ci ildə açdı.

Keçən ilin mart ayında məlum oldu ki, Səudi Ərəbistan İraqda 100 nəfər üçün nəzərdə tutulan stadion inşa edəcək, daha sonra isə, bu fikir daha da genişləndirildi və stadion yerinə, tam idman şəhərinin inşaatına qərar verildi.