"İdeal Ana" adlı yeni gürcü serialı Birinci Kanalın efirində martın 4-də başlayacaq

Martın 4-dən hər axşam saat 20:45-də Birinci Kanalın efirində yeni gürcü serialı “İdeal ana” gedəcək.

İtaliyanın İctimai Yayımçısının lisenziyalı kontenti italyan serialının analoqudur.

Birinci Kanalın baş direktorunun birinci müavini Tinatin Berdzenişvilini dediyinə görə, belə bir layihə Birinci Kanalda hələ olmayıb.

“Serial bir böyük ailənin həyatını əks etdirir və martın 4-dən, şənbə-bazar günündən başqa hər axşam, Moambe xəbərlər proqramından 15 dəqiqə əvvəl çıxacaq efirə. Serialın personajları arasında hər bir insan özünü tanıyacaq. 15 dəqiqəlik serial əsas qəhramanın 15 dəqiqəlik video-bloqudur, hansında, o öz ailəsi haqqında danışır” – dedi Tinatin Berdzenişvili.

60-seriyalı “İdeal ana” efirə üç ay ərzində çıxacaq.

Çəkimlər isə, serialın efirdə olması ilə pararlel olaraq, davam edəcək.