İaqo Xviçia - Adın "Milli Hərəkat"çıların siyahısına yazılsın və "Milli Hərəkat"çılıqdan utanasan, bu, qələbə düsturu ola bilməz
İaqo Xviçia - Adın "Milli Hərəkat"çıların siyahısına yazılsın və "Milli Hərəkat"çılıqdan utanasan, bu, qələbə düsturu ola bilməz

 
Adın “Milli Hərəkat”çıların siyahısına yazılsın və “Milli Hərəkat”çılıqdan utanasan, bu, qələbə düsturu ola bilməz – bu haqda “Qirçi”nin lideri İaqo Xviçia Gürcüstanın Birinci Kanalına deyib.

Onun bəyanatına əsasən, “Gürcüstanın xilası naminə birlik” yeni siyasi platforması “Milli Hərəkat”çılıqdan utanan liderləri gətirib.

“Milli Hərəkat”ın təqdim etdiyi yeni namizədlərin çıxışlarını gördüm, “Milli Hərəkat”çı olmadıqlarını dedilər, bəziləri hətta apolitik olduğunu dedi. Bu, “Böyük beşlik” altında partiya məsələlərinin müzakirə edildiyi siyasi partiyanın qurultayında baş verirdi. “Milli Hərəkat”çılıqdan utanan yeni liderləri gətirdilər. Bu insanlar müdrik idilər, başa düşdülər ki, belə bir vaxtda partiyadan getmək qalmaqdan daha yaxşıdır, çünki xalqın gözləntilərini “Milli Hərəkat”çılıqdan utanan simalarla necə puç etmək olar ?! “-Xviçia qeyd etdi.