“HƏMAS” İsrailə daha bir girovun cəsədini təhvil verib, Qəzzada üç girovun cəsədi qalır

10:12, 14.11.2025

“HƏMAS” İsrailə daha bir girovun cəsədini təhvil verib.

İsrailin baş naziri Benyamin Netanyahu administrasiyasının məlumatına görə, qruplaşma Menni Qodarın cəsədini İsrailə “Qırmızı Xaç”ın vasitəçiliyi ilə təhvil verib.

Reuters-in məlumatına görə, Qəzza yaxınlığındakı kibbutzda yaşayan 73 yaşlı Qodar 2023-cü il oktyabrın 7-də “HƏMAS”ın İsrailə hücumu nəticəsində öldürülüb, onun cəsədi isə Qəzzaya aparılıb.

İsrail hakimiyyətinin bildirdiyinə görə, Qəzzada daha üç girovun nəşi qalır.

Oxşar