„Husilər“ Yəmənin liman şəhəri Moxaya 6 ballistik raketlə zərbə endiriblər, nəticədə 1 nəfər həlak olub, 2 dənizçi isə itkin düşmüş hesab olunur

14:34, 15.08.2026

Yəmənin liman şəhəri Moxada „Husilər“in hücumu nəticəsində bir nəfər həlak olub, səkkiz nəfər yaralanıb, iki dənizçi isə itkin düşmüş hesab olunur.

Yayılan məlumata görə, Qırmızı dənizdə yerləşən liman şəhərinə altı ballistik raketlə zərbə endirilib.

Hücum nəticəsində limanın təhlükəsizlik qüvvələrinin bir əməkdaşı həlak olub, yaralananlar arasında isə mülki şəxslər var.

„Husilər“ iyulun 20-də Qırmızı dənizdə Bab əl-Məndəb boğazının blokadaya alındığını elan ediblər.

Qeyd etmək lazımdır ki, „Husilərin“ nəzarəti Moxa zonasına şamil edilmir, lakin şiə qruplaşması ölkənin paytaxtı Səna şəhərinə nəzarət edir.

Oxşar