“Human Rights Watch” – Ukrayna ukraynalı hərbçilər tərəfindən qadağan edilmiş piyada əleyhinə minaların istifadəsi ilə bağlı mümkün halları araşdırmalıdır

22:20, 31.01.2023

 

“Human Rights Watch” beynəlxalq hüquq müdafiə təşkilatı hesabatında Kiyevi Rusiyanın işğalı zamanı İzium şəhəri və onun ətrafında ukraynalı hərbçilər tərəfindən qadağan olunmuş piyada əleyhinə minalardan istifadə edilməsi ilə bağlı mümkün halları araşdırmağa çağırır.

Təşkilatda açıqlandığı üzrə bu minalardan istifadə nəticəsində 5-i uşaq olmaqla 50 mülki şəxs yaralanıb.

Bununla yanaşı, “Human Rights Watch” təşkilatının hesabatında Ukraynanın bir çox bölgələrində rus qüvvələri tərəfindən piyada əleyhinə minalardan istifadə edilməsi faktı qeyd olunur, lakin bu, ukraynalı əsgərlər tərəfindən bu minalardan istifadəyə haqq qazandıra bilməz.

Öz növbəsində, Ukrayna Müdafiə Nazirliyində ukraynalı hərbçilərin minalardan istifadə ilə bağlı bütün beynəlxalq öhdəliklərə əməl etdiyini açıqlayırlar, lakin nazirlik müharibə bitməzdən əvvəl onlar tərəfindən istifadə olunmuş silahları açıqlamaqdan imtina edir.

Oxşar