Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi və bölgələrdə qanunsuz odlu silah və döyüş sursatı müsadirə ediblər
Daxili İşlər Nazirliyinin Tbilisi, Kvemo Kartli, İmereti, Şida Kartli və Samtsxe-Cavaxeti polis departamentinin əməkdaşları fərqli vaxtlarda keçirilmiş profilaktik polis tədbirləri nəticəsində odlu silah və döyüş sursatını qanunsuz əldə etmək saxlamaq və gəzdirmək ittihamı ilə beş nəfəri saxlayıblar.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən təqsirləndirilən şəxslərin şəxsi, avtomobil və yaşayış evlərində keçirilən axtarış nəticəsində müxtəlif modelli odlu silah və döyüş sursatı, o cümlədən: iki avtomat, üç tapança, altı ədəd patron darağı, bir səsboğucu və 41 ədəd silah patronu maddi sübut kimi götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 236-cı maddəsi ilə aparılır, bu da yeddi ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.