Hüquq-mühafizə orqanlarının əməkdaşları son üç gün ərzində Mestia bələdiyyəsində 212 ədəd qondarma “mayner” müsadirə ediblər
Daxili İşlər Nazirliyinin Sameqrelo-Zemo Svaneti Polis Departamentinin əməkdaşları Mestia bələdiyyəsində enerji resurslarından istifadə qaydalarının pozulması faktları üzrə başlanmış istintaq çərçivəsində aparılan axtarışlar nəticəsində daha 17 ədəd qondarma “mayner” müsadirə ediblər. Son üç gündə ümumilikdə 212 qondarma “mayner” müsadirə edilib.
İstintaqla müəyyən edilir ki, sözügedən qurğular vasitəsilə yerli sakinlər külli miqdarda elektrik enerjisindən qanunsuz və qeyri-qanuni şəkildə istifadə edərək sistemli olaraq rəqəmsal valyuta hasil edir və qeyri-qanuni gəlir əldə ediblər.
Cinayətdə iştirak edən digər şəxslərin müəyyən edilməsi və onlara qarşı müvafiq hüquqi tədbirlərin görülməsi məqsədilə istintaq hərəkətləri davam etdirilir.
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 229-cu Prima maddəsinin 2-ci hissəsinin “b” yarımbəndi ilə aparılır, bu da 3 ilə qədər müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.
Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayır.