Hüquq-mühafizə orqanlarının əməkdaşları narkotik cinayəti ittihamı ilə beş nəfəri saxlayıb, xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə müsadirə edilib
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin əməkdaşları müxtəlif vaxtlarda qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etmək, saxlamaq, həmçinin onları əldə etməyə və saxlamağa cəhd etmək və satışına kömək etmək ittihamları ilə beş nəfəri saxlayıblar.
Daxili İşlər Nazirliyinin məlumatına görə, saxlanılanlar arasında həm Gürcüstan, həm də Ukrayna vətəndaşları var.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin şəxsi, yaşayış evlərində və avtomobillərində aparılan axtarış nəticəsində külli miqdarda narkotik vasitələr və psixotrop maddələri, o cümlədən “MDM”, “Klefedron”, “Metadon”, “Alfa-PVP”, “Kokain”, “Lizergid”, “Kratom”, “Ketamin”, “Tetrahidrokannabinol”i maddi sübut kimi götürüblər, həmçinin, narkotik vasitələrin qablaşdırılması üçün lazım olan materiallar da müsadirə edilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları saxlanılan şəxslərdən birini, Ukrayna vətəndaşını ifşa etmək məqsədilə həyata keçirilən əməliyyat tədbirləri çərçivəsində ona göndərilən bağlamanı nəzarətli şəkildə çatdırıblar və bununla təsdiqlənib ki, təqsirləndirilən şəxs yeni psixoaktiv maddə – “kratom”u qanunsuz əldə etmək və saxlamağa cəhd edib.
Narkotik cinayəti ittihamı ilə saxlanılan digər bir Ukrayna vətəndaşı polis əməliyyatı zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına müqavimət göstərməyə cəhd edib və bu zaman polis əməkdaşlarından birinə fiziki xəsarət yetirib.
İstintaq Cinayət Məcəlləsinin 260-cı, 19-260-cı, 260-cı dördüncü, 261-cı və 353-cü maddələri ilə aparılır, bu da 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrum etməni nəzərdə tutur.