Hüquq-mühafizə orqanlarının əməkdaşları İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan iki şəxsi saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polisi Departamentinin Acara Baş İdarəsinin əməkdaşları İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan iki xarici ölkə vətəndaşını saxlayıblar. Daxili İşlər Nazirliyi məlumat yayır.
Qurumun məlumatına görə, saxlanılan şəxslər Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında beynəlxalq səviyyədə axtarışda olublar.
“Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirdikləri istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsləri Batumidə müxtəlif vaxtlarda saxlayıblar.
Hazırda saxlanılan şəxslərə qarşı qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları davam edir”, – deyə Daxili İşlər Nazirliyinin məlumatında qeyd olunub.