Hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstana külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsi faktı üzrə xarici ölkə vətəndaşını saxlayıb
Polis Kriminal Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları külli miqdarda psixotrop maddələri qanunsuz əldə etmək və saxlamaqda və Gürcüstan ərazisinə qanunsuz gətirməkdə təqsirli bilinən İran İslam Respublikasının vətəndaşı, 2003-cü il təvəllüdlü S.A.-nı saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Tbilisi Beynəlxalq Hava Limanında müttəhimin əl yükünü yoxlayarkən tərkibində “Preqabalin” psixotrop maddəsi olan külli miqdarda həbi maddi sübut kimi götürüblər.
Polis S.A-nı təqsirləndirilən şəxs qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə aparılır, bu da 13 ilədək müddətə azadlıqdan məhrum etməni nəzərdə tutur.