Hüquq-mühafizə orqanlarının əməkdaşları Gürcüstana xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsi faktının qarşısını alıblar, Türkiyə vətəndaşı saxlanılıb
Daxili İşlər Nazirliyinin Mərkəzi Cinayət Polisi Departamenti və Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları Gürcüstana xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz gətirilməsi faktının qarşısını alıblar.
Polis Tbilisi Beynəlxalq Hava Limanında Türkiyə Respublikası vətəndaşı – 2002-ci il təvəllüdlü O.B.-nı saxlayıb.
Təqsirləndirilən şəxsin səyahət çantasına baxış zamanı hüquq-mühafizə orqanlarının əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddə tərkibli 809 ədəd həbi maddi sübut kimi götürüblər.
İstintaq Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə aparılır, bu da 12 ilə qədər müddətə zadlıqdan məhrum etməni nəzərdə tutur.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayır.