Hüquq-mühafizə orqanlarının əməkdaşları “qırmızı bülletenlə” axtarışda olan iki xarici ölkə vətəndaşını saxlayıblar
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin Acarıstan Baş İdarəsinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin əməkdaşları İnterpolun “qırmızı bülleteni” ilə axtarışda olan iki Türkiyə Respublikası vətəndaşını saxlayıblar.
Saxlanılan şəxslər Türkiyə Respublikasının hüquq-mühafizə orqanlarının tələbi əsasında, müxtəlif cinayətlərə görə İnterpolun “qırmızı bülleteni” ilə beynəlxalq səviyyədə axtarışda olublar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları keçirilmiş istintaq tədbirləri nəticəsində məhkumları fərqli vaxtlarda Batumidə saxlayıblar.
Hazırda saxlanılan şəxs barəsində qanunla nəzərdə tutulmuş ekstradisiya prosedurları aparılır.
Daxili İşlər Nazirliyi məlumat yayır.