Hüquq müdafiə təşkilatı "Hengavi"nin göstəricilərinə görə, İranda etiraz aksiyaları başladığı gündən bəri ən azı 10 nəfər həlak olub, 80 nəfər isə həbs edilib
Hüquq müdafiə təşkilatı "Hengavi"nin göstəricilərinə görə, İranda etiraz aksiyaları başladığı gündən bəri ən azı 10 nəfər həlak olub, 80 nəfər isə həbs edilib

İranda etiraz aksiyaları başladığı gündən bəri ən azı 10 nəfər həlak olub, 80 nəfər isə həbs edilib. Bu barədə Hüquq müdafiə təşkilatı “Hengavi” məlumat yayır.

Yayılan məlumata görə, həbs olunanlar arasında qadınlar və uşaqlar da var.

Təşkilatın göstəricilərinə görə, yanvarın 2-də axşam saatlarında Kirmanşah vilayətində davam edən etiraz aksiyası zamanı 42 yaşlı kürd kişi, Lorestan vilayətində isə 28 yaşlı kişi öldürülüb.

İran polisinin sözçüsünün bildirdiyinə görə, son günlərdə etirazlar iqtisadi xarakter daşıyırdı, lakin nümayişçilərin əsas hissəsindən kənarda olan şəxslər, xarici aktyorlar və ölkənin təhlükəsizlik düşmənlərinin əmri və rəhbərliyi ilə qanuni etirazı dağıdıcı və zorakı hərəkətlərə çevirməyə cəhd ediblər.

“Polisin qırmızı xətti insanların təhlükəsizliyi və əmlakın hər hansı bir dağıdılmasının və ictimai yığıncaqların pozulmasının qarşısının alınmasıdır. Təbii ki, vandallar və vətəndaşların hüquqlarını pozanlar cəzalandırılacaqlar”, – İran polisinin sözçüsü Sərdar Səid Mortazer bildirib.

İranın müdafiə naziri, briqada generalı Əziz Nəsirzadə bildirib ki, ölkə hər hansı bir xarici təhdidə qətiyyətlə və məhdudiyyətsiz cavab verəcək.