Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanunvericilik paketini üçüncü oxunuşda dəstəkləyib
Hüquq Məsələləri Komitəsi “Ailə dəyərləri və yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında” qanun layihəsini əlaqəli qanun layihəsi ilə birlikdə üçüncü oxunuşda müzakirə edib və dəstəkləyib. Bu haqda məlumatı Gürcüstan Parlamenti yayır.
Qanun layihəsi ilə nikah, yetkinlik yaşına çatmayan şəxsin övladlığa götürülməsi və himayəyə götürmə (böyütmə), insanı bioloji cinsindən fərqli bir cinsə aid etmək məqsədilə tibbi manipulyasiyanın tətbiqi, dövlət tərəfindən verilən sənəddə cinsin göstərilməsi, təhsil, məlumatın yayılması, ictimai toplaşma və nümayişin keçirilməsi, əmək münasibətləri çərçivəsində bioloji cinsə etinasızlıq ilə əlaqədar məsələlər müəyyən edilir.
Qanunvericilik paketinə əsasən, 17 May ailə müqəddəsliyi və valideynlərə hörmət günü olaraq təsis edilir.
“Bu təşəbbüs bizim ənənəvi, gürcü dəyərlərimizi kimin seçdiyini və xüsusilə yetkinlik yaşına çatmayanlara ciddi zərər vura biləcək təbliğatın arxasında kimin dayandığını bizə aydın və qəti şəkildə göstərdi” – qanun layihələrinin təşəbbüskarlarından biri, İnsan Hüquqlarının Müdafiəsi və Mülki İnteqrasiya Komitəsinin sədri Rati İonatamişvili bildirib.