Hörmüz boğazının açılması məsələsi ilə bağlı işləmək üçün Londonda 30-dan çox ölkədən hərbi ekspertlər toplaşacaq
Hörmüz boğazının açılması məsələsi ilə bağlı işləmək üçün Londonda 30-dan çox ölkədən hərbi ekspertlər toplaşacaq

Hörmüz boğazının açılması məsələsi üzərində işləmək üçün bu gün və sabah Londonda 30-dan çox ölkədən hərbi ekspertlər toplaşacaq. Bu barədə Böyük Britaniyanın müdafiə naziri Coni Hill məlumat yayır.

“Bizim vəzifəmiz diplomatik konsensusu Boğazda naviqasiya azadlığını təmin etmək və davamlı atəşkəsi dəstəkləmək üçün birgə plana çevirməkdir. Əminəm ki, növbəti iki gün ərzində real irəliləyiş əldə edəcəyik”, – Coni Hill qeyd edib.

Məlumat üçün bildirək ki, ötən həftə Parisdə Fransa Prezidenti Emmanuel Makron, İtaliya Baş naziri Corcia Meloni, Böyük Britaniya Baş naziri Kir Starmer və Almaniya Kansleri Fridrix Merts Hörmüz boğazı məsələsini müzakirə etmək üçün görüşdülər.