Hong Kongda çoxmərtəbəli yaşayış binalarında baş vermiş yanğın nəticəsində həlak olanların sayı 128-ə yüksəlib
Hong Kongda çoxmərtəbəli yaşayış binalarında baş vermiş yanğın nəticəsində həlak olanların sayı 128-ə yüksəlib

Honq-Konqda çoxmərtəbəli yaşayış binasında baş vermiş güclü yanğın nəticəsində həlak olanların sayı 128-ə yüksəlib.

Yayılan məlumata görə, yanğın nəticəsində 79 nəfər yaralanıb, onlarla insan isə hələ də itkin düşmüş hesab olunur.

Yerli hakimiyyətin məlumatına görə, yanğınsöndürən xidməti yanğın siqnalizasiya sistemini yoxlayıb və onun effektiv şəkildə işləmədiyini aşkarlayıb.

Hadisə yerinə 391 yanğınsöndürən və 188 təcili tibbi yardım maşını səfərbər edilib.

Əməliyyatda 2300-dən çox yanğınsöndürən iştirak edirdi, onlardan 12-si yaralanıb.

Yanğının səbəbi hələ müəyyən edilməyib.

Səkkiz yaşayış binasından yeddisini əhatə edən yanğın yerli vaxtla saat 10:18-də “əsasən söndürülüb”.